Almaniya və Fransa Avropanın ən iddialı müdafiə layihələrindən biri olan yeni nəsil döyüş təyyarəsi proqramını dayandırmaq barədə razılığa gəlibVAXT.AZ xəbər verir ki, Alman rəsmilərin açıqlamasına görə, iki ölkə liderləri – Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makron – son görüşlərində uzun müddətdir dalana dirənən layihənin davam etdirilməsinin mümkün olmadığı qənaətinə gəliblər.
Merz və Makron arasında keçirilən müzakirələr Avropa İttifaqı–Qərbi Balkanlar Zirvəsi çərçivəsində baş tutub.
Təxminən 100 milyard avro dəyərində qiymətləndirilən proqram Avropanın hərbi gücünü artırmaq məqsədi daşıyırdı. Layihə yeni nəsil qırıcı təyyarə ilə yanaşı, pilotsuz sistemlər və “combat cloud” adlı inteqrasiya olunmuş döyüş şəbəkəsini də əhatə edirdi.
Lakin tərəflər texniki xüsusiyyətlər və layihə üzərində nəzarət məsələsində razılığa gələ bilməyiblər.
Layihənin əsas sənaye tərəfdaşları olan “Airbus” və “Dassault Aviation” arasında da uzun müddətdir davam edən fikir ayrılıqları mövcud idi. Bu ziddiyyətlər proqramın irəliləməsini ciddi şəkildə ləngidib.
“Airbus” və “Dassault Aviation” layihənin əsas icraçıları kimi çıxış edirdi.
Analitiklərin fikrincə, layihənin dayandırılması Avropanın müdafiə sənayesini gücləndirmək və ABŞ-dan asılılığı azaltmaq planlarına ciddi zərbə kimi qiymətləndirilir.
Tərəflər arasında fikir ayrılıqları təkcə texniki məsələlərlə deyil, həm də gələcək qırıcı təyyarənin funksiyaları və istifadə strategiyası ilə bağlı olub.
çap et