Türkiyə mətbuatı xəbər verir ki, İzmir Universitetinin Mühəndislik fakültəsində çalışan Daryuş adlı professor tələbələrə mühazirə deyərkən, yeni kəşf barədə danışıb. Müəllim istiliyin tətbiqi vasitəsi ilə insan bədəninin, batareya olaraq istifadə ediləcəyini söyləyib və qeyd edib ki, iki səth arasındakı istilik fərqi 1 monometr qalınlığında silikon və qızıl lövhələr vasitəsi ilə xüsusi əməliyyatlara tabe edilərək, sonsuz enerji qaynağına çevrilə bilər.
Beləliklə telefonların arxasına yerləşdiriləcək kiçik lövhələrin köməyi ilə cib telefonu əlin istiliyindən cərəyan yığacaq. Bu isə öz növbəsində gözləmədiyimiz anda telefonun sönməsi kimi problemləri birdəfəlik həll edəcək.