Parlamentə ünvanlanan məktubda xarici işlər naziri Frans Timermans yazır ki, Riyad bu barədə Niderland Krallığını rəsmən məlumatlandırmasa da, Səudiyyə Ərəbistanından olan həmkarlar bu məhdudiyyətlərin tətbiqini təsdiqləyiblər.
Müsəlmanlara, eləcə də Aİ-yə qarşı olan Geert Vilders altı ay əvvəl Səudiyyə Ərəbistanın bayrağının rəngində islama qarşı yapışqanlı şəkillər paylamışdı və bu ərəblər tərəfindən təhqir kimi qəbul olunmuşdu. Keçən ay Niderland vəziyyəti düzəltmək üçün yüksək çinli diplomatları Səudiyyə Ərəbistanına göndərsə də, heç bir nəticə əldə olunmamışdı.
Həmçinin, keçən ay Frans Timermans Niderlandın Geert Vildersin hərəkətlərinə cavabdeh olmadığını bildirib və heç bir tarix müəyyənləşdirilməsə də, bu yaxınlarda Səudiyyə Ərəbistanına səfər edəcəyini söyləyib.
Xatırladaq ki, Niderland və Səudiyyə Ərəbistanı arasında ticarət mübadiləsinin həcmi 2010-cu ildə 3,7 milyard avroya çatırdı və Niderland xarici sərmayəsinin 4 faizi Səudiyyə Ərəbistanına yatırmışdır.
İslamın beşiyi olan Səudiyyə Ərəbistanı müsəlman ölkələri arasında ən mühafizəkarlardan sayılır və şəriət qanunları burada çox ciddi şəkildə tətbiq olunur.