Vaxt.Az

«Cəbhəyə əsgər göndərilməyəcək!»


 

«Münaqişəni iraqlılar özləri həll etməlidir»

«Cəbhəyə əsgər göndərilməyəcək!» ABŞ prezidenti hökumətə yardım məqsədi ilə əlavə təchizat və 300 ABŞ məsləhətçisinin İraqa göndəriləcəyini bəyan edib. Ağ Evdə danışan Barak Obama deyib ki, müharibə İraqa ciddi zədə vurub. Prezident ABŞ qüvvələrinin bir daha İraqın döyüş cəbhəsinə göndərilməyəcəyini bildirib.


Barak Obama deyib ki, biz itkilər və sərvətlər verdiyimiz İraqa on minlərlə əsgərdən ibarət hərbi qüvvə göndərə bilmərik. O, iraqlıların özlərinin münaqişəni həll etməli olduğunu vurğulayıb.

ABŞ dövlət başçısı dövlət katibi Con Kerrinin həftə sonu Yaxın Şərqə səfər edəcəyini bildirib.

Barak Obama bu gün milli təhlükəsizlik komandası ilə görüşərək, İraqda əsas şəhərlərin nəzarətini ələ keçirən və paytaxta hədə törədən yaraqlılarla mübarizə məqsədi ilə İraqa yardım variantlarını nəzərdən keçirib.

Bu arada, İraqın baş naziri Nuri Əl-Maliki hökumət qüvvələrinə əlavə əsgər cəlb edilməsi məqsədi ilə könüllülərə aylıq 644 dollar maaş və əlavə ərzaq vəd edib.

 





20.06.2014    çap et  çap et