Vaxt.Az

«Rusiya yenidən sərhədə qoşun yeridib»


 

Rasmussen bunu geriyə atılan addım adlandırıb

«Rusiya yenidən sərhədə qoşun yeridib» NATO-nun baş katibi Rusiyanın Ukrayna sərhədlərinə yenidən qoşun yerləşdirdiyini bildirib. Bu, Ukraynanın Avropa İttifaqı ilə assosiasiya razılığı imzalayacağını bəyan etməsindən sonra baş verir.


Ukrayna prezidenti Petro Poroşenko razılığın iyunun 27-də imzalanacağını deyib. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin razılığı imzalamaqdan imtina etməsi ölkədə böyük etirazlara yol açmışdı.

Anders Foq Rasmussen bir neçə min əsgərdən ibarət hərbi qüvvənin Ukrayna sərhədlərinə əlavə edildiyini deyib və bunu geriyə doğru atılan addım adlandırıb.

NATO-nun baş katibi bildirib ki, qüvvələrin sərhədə yerləşdirilməsi bir halda müsbət qiymətləndirilə bilərdi, döyüşçü və silah axınına mane olunduğu təqdirdə.

Rusiya ötən ay sərhədlərə 40 min nəfərlik qoşun yeritmişdi. Lakin NATO az sonra qoşunların geri çəkildiyini bildirmişdi.

 





20.06.2014    çap et  çap et