Qatarın sərnişinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə bu gün səhər saat 07:50 radələrində, Yevlax-Balakən dəmir yol xəttinin Şəki rayon ərazisindən keçən hissəsində baş verib.
Sərnişinlərin dediyinə görə, yanğın qatarın teplovozunun mühərrik hissəsində müşahidə olunub. Qatarın hərəkəti dayandırılıb, teplovozun mühərrik hissəsində baş verən yanğın teplovozun şəxsi heyətinin səyi nəticəsində dərhal söndürülüb.
Sərnişinlərin sözlərinə görə, saat 09:00 radələrində teplovozun mühərrikində baş verən nasazlıq hələ aradan qaldırılmayıb.