Vaxt.Az

«O xanım bizim kişilərdən cəsarətli çıxdı»


 

«Onlar Azərbaycan xalqının qanı bahasına hakimiyyətə gəlib»

«O xanım bizim kişilərdən cəsarətli çıxdı» Bu gün əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin müəllifi olduğu «Leyla Əliyeva: «Xocalıya Ədalət!» (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)» adlı üç cildlik əsərin təqdimat mərasimi keçirilib.


«Qafqazinfo» xəbər verir ki, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında bildirib ki,  Erməni diasporu topladığı vəsaitlə kef edir, millətinə qarşı isə cinayət edir:

«Özünü çox ağıllı hesab edən Ermənistan xalqı bu rejimi dəyişməsə, heç nə dəyişməyəcək. Çünki o rejim Azərbaycan xalqının qanı hesabına hakimiyyətə gəlub. Avropanın elə ölkəsi var ki, Azərbaycanı tanımır, lakin faciə ilə tanış olduqdan sonra etiraz səslərini qaldırıblar. Dünyanın əksər xalqları artıq bu faciəylə tanışdır və bir sıra ölkələrdə Xocalı abidələri ucaldılıb. Leyla Əliyevanın başlatdığı kampaniya nəticəsində indiyə qədər dünyanın 120 ölkəsində bu faciə qeyd edilib».

Daha sonra Əli Həsənov moldovalı ombudsman Aureli Qriqoriunun ermənilərin üzünə dediyi «Xocalı faciəsini siz törətmisiz» sözlərini xatırladıb: 

«O xanım bir çoxlarından, elə bizim də bəzi kişilərdən daha cəsarətli çıxdı. Nəzərə alsaq ki, bizdən də ora gedənlər olmuşdu, lakin heç biri o ifadəni işlətməmişdi».

 





20.06.2014    çap et  çap et