Vaxt.Az

MM-də «Araz kursları» davası


 

BAXCP sədri BQP-li həmkarına etiraz edib

MM-də «Araz kursları» davası Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında «Çağ Öyrətim» məktəblərinin və «Araz kursları»nın bağlanması məsələsi müzakirə edilib.


AzVision.az xəbər verir ki, deputat Fazil Mustafa qeyd edib ki, həmin məktəblərin bağlanması strateji və tarixi səhvdir: «Biz bir neçə ildən sonra bu qərarın nə qədər yanlış olduğunu və Azərbaycan təhsilinə ağır zərbə vurduğunun şahidi olacağıq. Kampaniyaçılıq heç vaxt yaxşı olmayıb. Mən bir ingilis məktəbinin də bağlanmasının əleyhinəyəm. Son buraxılış imtahanlarının nəticəsi onu göstərdi ki, 53 faiz şagird Ana dilindən 3 alıb. Bağlanan məktəblərdə on minlərlə müəllim işsiz qalacaq. 3 ay ərzində bu qədər müəllimi hara, necə yerləşdirəcəklər? Onların əksəriyyəti işsiz qalacaq. Oturuşmuş bir təhsil şəbəkəsini bu formada dağıtmaq doğru deyildi. Heç olmasa qəbulu dayandırardılar, təhsil alanlar isə təhsilini davam etdirərdilər. Türkiyə ilə bağlı siyasi proseslər gedir. Orda baş verənləri bura tətbiq etmək düzgün deyil. Bu məktəblərin taleyi ilə bağlı qərarı bu cür vermək olmaz. Turan Yazqanın da məktəbi var. O da sıxışdırılıb. Nə olar ki, ökədə rus, türk məktəbi də olsun. Bu qərarın gələcək Azərbaycan təhsilinə bir zərbə vurduğunu görürəm və bunu indidən deməyi özümə mənəvi borc bilirəm».

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Fazil Mustafanın çıxışına etiraz edib: «Mən Fazil Mustafanın türk məktəblərinin bağlanması ilə bağlı narahatlığını bölüşmürəm. Məktəblər dövlətin təsiri altındadır. Hər hansı dinin və ideologiyanın təsiri altında olmamalıdır. Ona görə ARDNŞ-nin qərarını alqışlayıram. Vaxtında verilmiş düzgün qərardır».

 





20.06.2014    çap et  çap et