Vaxt.Az

«Danışmasan, gecə yata bilməzsən?»


 

«O məktəblərdə oxuyanlar imkansız ailələrin uşaqları deyil»

«Danışmasan, gecə yata bilməzsən?» Parlamentin iyunun 20-də keçirilən iclasında cari məsələlərin müzakirəsinə 40 dəqiqəyə yaxın vaxt ayrılıb. Spiker Oqtay Əsədovun cari məsələlərinin müzakirəsindən gündəliyə keçmək istəyərkən deputat Zahid Oruc söz almaq istəyib.


Bu zaman spiker «sən danışmasan, gecə yata bilməzsən?» deyərək Zahid Oruca söz verib.

Zahid Oruc isə «Çağ Öyrətim» məktəblərinin bağlanmasından danışıb: «Yəqin bilirsiniz ki, o məktəblərdə oxuyan uşaqlar heç də imkansız ailələrin uşaqları deyil, sizin, mənim kimi vəzifəlilərin övladlarıdır. Orda yaxşı təhsil verilirdi. Kifayət qədər uğurları var idi. Azərbaycanı təmsil edirdi. Orda təhsil alanlar kifayət qədər təhsilli uşaqlardır. Buna görə də gələcəkdə vəzifə karyeralarında bu məktəblərdə oxuduqlarına görə maneələrlə üzləşməməlidirlər.

Azərbaycan dövləti təhsil müəssislərinin bağlanmasında deyil, inkişafında maraqlıdır. Bu qərar Azərbaycana lazım deyildi. Əgər belə bir qərar qəbul edilibsə,  yəqin geniş izahı veriləcək». (Qafqazinfo)

 





20.06.2014    çap et  çap et