Hazırda həbsdə olan Misirin sabiq prezidenti ayağını sındırıb. Misirin 86 yaşlı keçmiş prezidenti Hüsnü Mübarək hamam otağında sürüşüb və bud nahiyəsi sınıb.Həbsxananın təhlükəsizlik xidmətinin əməkdaşları bildirib ki, keçmiş prezidentin sınıq nahiyəsində cərrahi əməliyyat ediləcək.
Xatırladaq ki, Hüsnü Mübarək büdcə vəsaitlərinin mənimsənilməsi və mülki şəxslərə atəş açılmasında ittiham olunur. (AzNews.az )
çap et