Vaxt.Az

««Ayna» - «Zerkalo»yla bağlı xəbər


 

Əflatun Amaşov danışıqlar aparır

««Ayna» - «Zerkalo»yla bağlı xəbər ««Ayna» - «Zerkalo» qəzetləri həmişə ictimai fikrə təsir göstərən KİV-lərdən olub. Mən əminəm ki, tezliklə, qəzet ətrafında yaranan problemlər həll ediləcək. Mətbuat Şurası da bu istiqamətdə danışıqlar aparır».


Bu sözləri Aktual.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov maddi problemlər üzündən fəaliyyətini dayandıran «Ayna» - «Zerkalo» qəzetləri ətrafında yaranmış müəmmaya münasibət bildirərkən deyib.

Qəzetlərin çapının yenidən bərpası üçün danışıqların kimlərlə aparılmasına isə Əflatun Amaşovun münasibəti belə oldu: «Əgər mən danışıqlar barədə ətraflı məlumat vermirəmsə, deməli, bir qədər gözləmək lazımdır. Ümumiyyətlə, bu barədə Elçin müəllimin özü ilə də danışmışam. Başqa istiqamətlərdə də danışıqlar gedir. Mətbuat Şurası «Ayna» - «Zerkalo» qəzetlərinin maddi durumunun yaxşılaşdırılması üçün müəyyən işlər görür və ümid edirik, gördüyümüz işlər öz bəhrəsini verəcək».

Xatırladaq ki, dövlətə xəyanətdə ittiham edilən qəzetin əməkdaşı Rauf Mirqədirovun həbsindən sonra «Ayna» - «Zerkalo» qəzetləri fəaliyyətini dayandırıb.

 





20.06.2014    çap et  çap et