Vaxt.Az

Sabiqlərdən Qərbə çağırış


 

«Rusiyaya qarşı sanksiyalarda daha qətiyyətli olun!»

Sabiqlərdən Qərbə çağırış Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko ölkələri ilə bağlı vahid mövqedən çıxış edib.


«Aktual.az»-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, onlar dünya dövlətləri, ABŞ və Avropa Birliyindən Rusiyaya qarşı sanksiyaların tətbiqində daha qətiyyətli olmağı xahiş ediblər: «Rusiyanın aqressiv və militarist xarici siyasəti dağıdılmalı, alt-üst edilməlidir.

Bunun reallaşması üçün lazım gələrsə, ən müasir hərbi imkanlardan istifadə olunsun. Rusiya Avropanın təhlükəsizliyi üçün böyük təhlükə mənbəyidir. Ukrayna xalqının belə bir təhlükə qarşısında qaldığı bir dönəmdə, Avropanın təhlükəsizlik sistemi tərəfindən sığortalanması vacibdir, əhəmiyyətlidir. Ukraynaya operativ şəkildə həm hərbi, həm də maliyyə dəstəyi göstərilməlidir».

 





20.06.2014    çap et  çap et