Vaxt.Az

«Bir az tələsdim»


 

Bidzina İvanişvili etiraf etdi: «Bu ehtiyatsız verilmiş bəyanat idi»

«Bir az tələsdim» «Mən əvvəllər ehtiyatsızlıq etmişdim və bildirmişdim ki, Bakı-Tiflis-Qars dəmirolyu işə düşəndən sonra bizim köhnə dəmiryolunda ola bilsin ki, yükdaşımaları bir az azalsın. Lakin bu bir az ehtiyatsız verilmiş bəyanat idi». Bu fikirləri bu gün Bakıda jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri Bidzina İvanişvili deyib.Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bu məsələdə bir az tələsdiyini bildirdiyini deyən İvanişvili qeyd edib ki, əslində Bakı-Tiflis-Qars dəmiryolu çəkilməsi Gürcüstan üçün heç bir problem yaratmır.
Gürcüstanın baş naziri qaz tarifləri məsələsinə də toxunub: «Biz qazı Azərbaycandan 145 dollara alırıq. Azərbaycana gələndən sonra belə məlum oldu ki, burada qaz 130 dollara satılır. Deməli, Azərbaycan bizim üçün çox əlverişli şərait yaradır. Ona görə mən prezidentə və hökumətə öz təşəkkürümü bildirdim».
Qeyd edək ki, Bidzina İvanişvilinin Azərbaycandan sonra Ermənistan və Türkiyəyə gedəcək.
 





29.12.2012    çap et  çap et