Vaxt.Az

Dünyadakı qaçqınların sayı açıqlandı


 

Suriya və İraq böhranı bu rəqəmi azı 10 faiz artırıb

Dünyadakı qaçqınların sayı açıqlandı Keçən il dünyada yarısı uşaq olmaqla, 50 milyona yaxın insan öz yurdlarından məcburən didərgin düşüb. Bu, II Dünya müharibəsindən bəri ən böyük göstəricidir. Əsas səbəb isə ötən il insanların Suriya, Cənubi Sudan kimi ölkələrdə baş verən siyasi böhranlardan qaçmasıdır. Bu il isə Ukraynada, Mərkəzi Afrika Respublikasında, İraqda baş verən böhranlar nəticəsində göstərilən rəqəm daha da artıb. Məlumatı BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı yayıb.


BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı qeyd edir ki, keçən il təkcə Suriya böhranından canlarını qurtarmaq istəyənlərin sayı 2,5 milyon nəfər olub. Ümumilikdə, bu böhran nəticəsində 3 milyona yaxın insan qonşu Türkiyə, Livan, İraq və İordaniyaya üz tutub. Bundan əlavə, Suriya sərhədlərində öz evlərini tərk etmiş 6,5 milyon insan məskunlaşıb.

«Biz hal-hazırda dünyada qaçqın və məcburi köçkünlərin sayının inanılmaz sürətlə artımı ilə üzləşmişik», - deyə BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutyeres bildirib.

Xatırladaq ki, BMT-nin 2000-ci ilin dekabrın 4-də qəbul etdiyi 55/76 qətnaməyə əsasən, iyunun 20-i ümumdünya qaçqınlar günü kimi qeyd edilir.

 





20.06.2014    çap et  çap et