Bu gün hökumət qüvvələrinin verdiyi məlumata görə Ukraynanın şərqində baş verən döyüşlərdə rusiyayönümlü qüvvələr 300-ə yaxın insan itkisi veriblər. Bu rəqəm yoxlanılmasa da, separatçılar ağır itkilər verdiklərini təsdiqləyiblər.Ukrayna ordusunun rəsmiləri isə öz düşərgələrində 7 nəfərin qətlə yetirildiyini, 30 nəfərin yaralandığını söyləyiblər. Döyüşlərin Rusiya sərhədlərindən 100 kilometr aralıda getdiyi bildirilir.
Qeyd edək ki, hökumət qüvvələri Ukraynanın şərqində qiyamçılar üzərində üstünlüyü alsalar da, separatçılar hələ də strateji Slaviansk şəhərini nəzarət altında saxlayırlar.
çap et