Vaxt.az xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 18-də IX və XI sinif şagirdlər üçün keçirilən buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.
Buraxılış imtahanında 22132 IX sinif şagirdi iştirak edib. Onlardan 941-i «Ana dili», 1826-sı isə «Riyaziyyat» fənnindən «5 qiyməti alıb. Şagirdlərin 2872-nin «Ana dili», 3139-nun «Riyaziyyat» fənnindən qiyməti «4», 11240-nın «Ana dili», 8454-nün «Riyaziyyat» fənnindən qiyməti «3», 7079-nun «Ana dili», 8713-nün isə «Riyaziyyat» fənnindən qiyməti «2» olub.
İyunun 18-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 15475 XI sinif şagirdi iştirak edib. Onlardan da 2135-i «Ana dili» 1973-ü «Riyaziyyat» fənnindən «5», 3206-sı «Ana dili», 3473-ü «Riyaziyyat» fənnindən «4», 6694-ü «Ana dili», 5586-sı «Riyaziyyat» fənnindən «3», 3440-ı «Ana dili», 4443-ü isə «Riyaziyyat» fənnindən «2» qiyməti alıb.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçiriblər. Həmin gün Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri də buraxılış imtahanı veriblər.