Zeman Rusiya mediasına müsahibəsində bildirib ki, əməkdaşlığı inkişaf etdirməyə şans olduğu halda nəyə görə Rusiya Avropa Birliyindən kənarlaşdırılmalıdır? Kənarlaşdırma heç vaxt uğur gətirməyib. Əksinə ancaq inamsızlıq və anlaşılmazlıqla nəticələnib. Bu da çox pisdir.
Çexiya prezidentinin fikrincə, rusiyalılar üçün ölkəyə giriş vizaları da mənasız maneədir və onları ləğv etmək olar.
Miloş Zeman, həmçinin Rusiya turistlərinin Çexiyaya gələrkən yalnız Praqa və Çeski Krumlyov şəhərlərini gəzməklə kifayətlənmələrinə təəssüfləndiyini bildirib və qeyd edib ki, ölkənin elə regionlar var ki, rusların o yerlərə heç ayağı dəyməyib. Bu pis haldır.