Vaxt.Az

“...Nəzarət mütləqdir”


 

Azərbaycanın xalq artistini evə yazdılar

“...Nəzarət mütləqdir” Xalq artisti Siyavuş Aslan xəstəxanadan evə buraxılıb. Bu barədə APA-ya aktyorun həkimi Venera İsmayılova məlumat verib. Onun sözlərinə görə, müalicə kursu bitən aktyorun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir: “Evə buraxılsa da, o, nevropatoloq, endokrinoloq və terapevtin nəzarətində olmalıdır. Xəstəlik xroniki hal aldığından nəzarət mütləqdir”.Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan mayın 25-də ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. O, 2011-ci ilin avqust ayında işemik insult keçirib.
 





12.06.2013    çap et  çap et