Vaxt.Az

«Aqil Abbas yeni tapança aldı»


 

Deputat özü haqda məlumatları dövlət sirri sayır?

«Aqil Abbas yeni tapança aldı» Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.


AzVision.az xəbər verir ki, millət vəkili Aqil Abbas kəşfiyyatla bağlı qanun layihəsinin qəbul edilməsinin vacib olduğunu bildirib: »Mətbuatda bəzi hərbi məsələlərinin yayılmasının qarşısı alınmalıdır. Amma senzura tətbiq olunmamalıdır. İŞİD-lə bağlı məlumatların Türkiyə mətbuatında yayılması ilə bağlı qanun qəbul edildi. Hərbi məhsullarımız barəsində dövlət nə deyirsə, biz onu mətbuata çıxarmalıyıq. Yoxsa Aqil Abbas yeni bir tapança aldı. Onu mətbuatda yazmaq lazım deyil».

Millət vəkili dövlət sirrini yayanlar barədə də danışıb: «Dövlət sirrini öyrənmək istəyən şəxsin məqsədi öyrənilməlidir Daha sonra o arxivdən dövlət sirrini öyrənə bilər. MTN-ə gedib mən dövlət sirini öyrənmək istəyirəm demək düzgün deyil»

Millət vəkili Fəzail Ağamalı müdafiə naziri Zakir Həsənovla bağlı mətbuatda yayılan xəbərlərlə bağlı danışıb: «Zakir Həsənovla bağlı mətbuatda dezinformasiya yayıldı. Müdafiə Nazirliyi həmin məlumatı yayan KİV-in üstünə niyə getmədi? Niyə həmin KİV-i məhkəməyə vermədi?» - deyə, deputat əlavə edib.


 





20.06.2014    çap et  çap et