Avropa.info-nun verdiyi xəbərə görə, Minosyan Ermənistanı Avrasiya İttifaqının təsisçisi kim görmür. Politoloqun sözlərinə görə, Ermənistanın qurumun təsisçisi kimi çıxış etməyəcəyini 2013-cü il 3 sentyabrında açıqlama verən Serj Sərkisyan da bildirib.
Politoloqun sözlərinə görə, Ermənistan ilk növbədə öz maraqlarını düşünməlidir. O, rəsmi İrəvanın Azərbaycan kimi iqtisadi cəhətdən imkanlı və regionda siyasi manevrlər edərək , öz maraqlarını təmin edən rəqibi olduğunu bildirib: «Ermənistanın hazırda iqtisadi cəhətdən çox güclü Azərbaycanla rəqabət aparır. Azərbaycanın Avrasiya İttifaqına yaxın zamanlarda qoşulmasını zənn etmirəm. Rəsmi Bakı hazırda öz maraqlarından çıxış edərək Qərb və Avrasiya ittifaqı arasında manevr etməkdədir. Azərbaycan uzun müddətdir ki, bu siyasəti aparır. Rəsmi Bakının NATO-ya üzv olmaq planları olmasa da, biz görürük ki, onlar Şimali Atlantik Alyansı ilə sıx münasibətlər qurublar. Azərbaycan öz nefti və pul resursları hesabına güclü dövlətə çevrilib, onlar hər hansısa qurum və dövlətdən asılı deyillər».
Politoloq Azərbaycanın Qərblə münasibətlərinin Rusiyaya nisbətən daha yaxşı olduğunu bildirdi: «Azərbaycan baş verən bu hadisələrdə maksimum neytrallığını saxlamaq istəsə də, ölkənin qərblə münasibətləri daha yaxşı olduğu sezilməkdədir. Avropa Birliyi, NATO ilə münasibətlər bunu bir daha isbat edir. Rəsmi İrəvan Azərbaycan siyasətindəki bütün bu ştrixləri nəzər alaraq addımlar atmalıdır».