«Mən Oqtay müəllimə təşəkkür edirəm ki, o hər dəfə iclasın bitməsinə az bir zaman qalmasına baxmayaraq, mənim danışmaq təklifimi geri çevirmir. Ümumiyyətlə, danışmayan adamlar üçün narahat olmaq lazımdır. Parlamentdə danışmayıb illərdir yatanlardan, gecə başqa səbəblərə görə yuxusuz qalanlardan fərqli olaraq mən Zahid Oruc kimi parlamentdə öz fikirlərimi hər zaman açıq şəkildə bildirmişəm. Düşünürəm ki, Oqtay müəllim çox doğru və dürüst söz işlədib. Həqiqətən də mən danışmasam yata bilmərəm».
Xatırladaq ki, iclasda Zahid Oruc «Çağ Öyrətim» məktəblərinin bağlanmasından danışıb.