Bundan bir gün əvvəl ABŞ prezidenti Barak Obama demişdi ki, ABŞ islamçı qiyamçılarla mübarizə üçün İraqa 300-ə qədər hərbi məsləhətçi göndərəcək.
Cənab Obama bildirib ki, ABŞ «lazım olarsa, dəqiq və hədəfli hərbi əməliyyata hazırdır», amma ABŞ qoşunlarının İraqda vuruşmayacağını vurğulayıb.
ABŞ Dövlət Katibi John Kerrynin tezliklə İraqa səfəri gözlənilir.
İraq ABŞ-dan son 10 gündə əraziləri ələ keçirən İSİS sünni qiyamçılarına qarşı hava hücumları təşkil etməyi istəyib.
Obama bildirib ki, ABŞ İraqın liderlərini seçə bilməz.
«Yalnız liderlər planlı gündəliklə İraq xalqını bir araya gətirə bilər», deyə Obama xəbərdarlıq edib.
İraqın baş naziri Nouri Maliki isə bu sözləri tənqidlə qarşılayıb və baş verənlərə görə sünniliyə qarşı siyasəti pisləyib, jurnalistlər deyir.
«ABŞ-in göndərdiyi hərbi məsləhətçilər bir-birinə qarşı çevrilmiş iraqlılara qarşı vuruşmayacaq», cənab Obama bildirib.
Lakin ABŞ İraqa təkcə hərbi məsləhətlə deyil, həmçinin kəşfiyyat mərkəzlərinin qurulması ilə də yardım edəcək. Cənab Obamanın sözlərinə görə, Bağdad və İraqın şimalında birləşmiş əməliyyat mərkəzləri qurulacaq.
İraqın cənubunda isə minlərlə şiə İraq ordusuna könüllü yardıma başlayıb.