«Müsəlman icmasının məruz qaldığı belə hücumlar istisna hərəkət və adi bir cinayət kimi yox, İslamın əleyhinə, böyük hadisələrə səbəb ola biləcək cinayət kimi görülməlidir. Dinlərarası insidentlərə səbəb olan, milli təhlükəsizliyə səbəb ola biləcək bu kimi hadisələr dövlət hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, cinayəti törədənlər ədalət qarşısında cavab verməlidir».
Bundan başqa müfti ibadət yerlərinin mühafizəsi və baş verə biləcək hücumların qarşısının alınması üçün dövlət rəsmilərinə müraciət edib.