«İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik statistik məlumatları qaydalara və qanunlara uyğun şəkildə çatdırmayan təşkilatlara kəsilən cərimənin miqdarının artırılmasını nəzərdə tutur. Mənim bununla bağlı bir sualım var. Əgər Dövlət Statistika Komitəsi statistik məlumatları düzgün çatdırmırsa, bu cərimələr onlara da şamil olunacaqmı? Çünki Statistika Komitəsinin bülletenlərində ciddi təhriflərə yol verilir. Bilmirəm bunu bilmədiklərindən, yoxsa qurumların ötürdüyü yanlış məlumatlar əsasında edirlər».
Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, ümumiyyətlə, Statistika Komitəsinin fəaliyyəti Milli Məclisdə müzakirə olunmalıdır: «Statistika Komitəsinin məlumatı ya yanlış olur, ya da insanların hissiyyatına toxunan formada verilir. Əhalinin son siyahıyaalınması zamanı açıqlanan statistik məlumatlar buna bariz nümunədir. Bu məsələlərə aydınlıq gətirilməlidir».
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də deyib ki, Dövlət Statistika Komitəsinin hətta deputatlara təqdim etdiyi statistik hesabatlarda ciddi səhvlər və qeyri-dəqiq məlumatlar olur: «Bunu Statistika Komitəsi sədrinin diqqətinə çatdıracam».
Müzakirələrin sonunda Milli Məclis yanlış statistik məlumat verilməsinə görə cəriməni 35-50 manatdan 300-700 manatadək artırıb.