Vaxt.Az

Leysan gözlənilir


 

Temperatur isə 34 dərəcə olacaq

Leysan gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 18-22, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

 





21.06.2014    çap et  çap et