İstintaq zamanı müəyyən edilib ki, Sadıqova 204 saylı məktəbdə rus dili müəllimi işləyirdi. Məlumdur ki, qadın: «Ölümümdə heç kimi günahlandırmayın. Gedirəm, çünki bu həyatdan doymuşam» yazılan bir məktub da qoyub. Xəbər verilir ki, Sadıqova oğlunun ailəsi ilə yaşayırdı. İntihar zamanı ailə üzvlərindən evdə heç kim olmayıb.
Fakt üzrə istintaq aparılır. Qeyd edək ki, ötən sutka ərzində 3 intihar hadisəsi qeydə alınıb.