Vaxt.Az

«Sürücülərin nəzərinə!»


 

3-cü mirkorayon bir günlük bağlanacaq

«Sürücülərin nəzərinə!» İyun ayının 21-dən 22-ə keçən gecə Ziya Bunyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən (Karl Marks) 3-cü mikrorayon dairəsi, A.Salamzadə küçəsi və digər istiqamətlərdə gedən köməkçi yol asfalt beton işləri ilə əlaqədar bağlanacaq.


Bunu Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəri müvəqqəti olaraq Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsini A.Salamzadə küçəsi ilə birləşdirən 3-cü tunel vasitəsilə davam etdiriləcək.

P.Mürsəliyev əlavə edib ki, köməkçi yolda işlər təxminən bir həftə - 10 gün ərzində başa çatdırıldıqdan sonra, müvəqqəti açılan tuneldə hərəkət yenidən dayandırılaraq son tamamlanma işləri yerinə yetiriləcək. (Trend)

 





21.06.2014    çap et  çap et