Axtarış zamanı Samit Nəcəfovdan 1 ədəd «F-1» əl qumbarası, bir ədəd ümumi uzunluğu 30 sm-ə bərabər bıçaq və bir ədəd cib bıçağı aşkarlanıb. Samit qumbaranın ona atasından qaldığını bildirib. Həmçinin dostundan aldığı məsləhət ilə həmin qumbaradan suya ataraq balıq tutmaq niyyətində olduğunu söyləyib.
Hazırda Samit Nəcəfov barəsində Azərbaycan respublikası Cinayət məcəlləsinin 228.4, 228.1, yəni qanunsuz olaraq üzərində döyüş sursatı gəzdirmə və saxlama, həmçinin qanunsuz olaraq soyuq silah əldə etmə və üzərində gəzdirmə maddələri ilə cinayət işi açılıb. Faktla bağlı istintaq aparılır. (APA)