Vaxt.Az
Ərdoğana qarşı 8000 erməni ...
... Vyanada aksiya keçirib
Dünən Avstriyanın paytaxtı Vyanaya səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı ermənilər aksiya keçirib. Avropa.info-nun verdiyi xəbərə görə, Avstriyada olan erməni komitəsi aksiyada 8 min erməninin iştirak etdiyini bildirib. Aksiya davam edən zaman əraziyə Ərdoğana dəstək vermək üçün çoxlu sayda türk və avstriyalılar gəlib.
Avstriya mətbuatının verdiyi xəbərə
görə, Türkiyənin baş nazirinin dəstəkçiləri onun əleyhdarlarından bir neçə dəfə
çox olub. Aksiya zamanı heç bir insident qeydə alınmayıb və tərəflər
qətnamələrini oxuduqdan sonra ərazini tərk ediblər.
21.06.2014
çap et