TQDK-nın mətbuat katibi Elnur Nağızadə Aktual.az-a açıqlamasında bildirib ki, son hadisələrdən sonra Qafqaz Universiteti ilə bağlı hər hansı dəyişiklik olunacağı barədə məlumatı yoxdur:
«Qəbul planı artıq bir neçə aydır Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına təqdim olunub və Abituriyent jurnalının 13-cü sayında dərc edilrək ictimaiyyətin diqqətinə çatdırılıb. Burada digər Universitetlərlə yanaşı Qafqaz Universitetinə də plan yerləri ayrıldığı qeyd olunub. Son qərardan və baş verən proseslərdən sonra Qafqaz Universiteti ilə bağlı hər hansı dəyişiklik olunacağı barədə bizdə məlumat yoxdur».