Vaxt.Az

Ermənilər yenə Bakıya gəlir


 

Bu dəfə ATƏT-in sessiyasına

Ermənilər yenə Bakıya gəlir Ermənistan mətbuatının verdiyi xəbərə görə, yaxın günlərdə daha bir erməni nümayəndə heyətinin də Bakıya səfəri planlaşdırılır. (Avropa.info)


İyin ayının 28-dən iyul ayının 2-nə kimi Bakıda ATƏT-in illik sessiyası keçiriləcək. Həmin tədbirdə 3 erməni deputatlar Artaşes Qeqamyan, Stepan Dəmirçiyan və Stepan Markaryan iştirak edəcək.

Xatırladaq ki, bir müddət öncə ermənistanlı deputatlardan ibarət nümayəndə heyəti NATO nun tədbirində iştirak etmək üçün Bakıda səfərdə olub. Ermənilərin Bakı səfəri Azərbaycanda birmənalı qarşılanmadı və bir çox qurumların etirazına səbəb oldu.

 





21.06.2014    çap et  çap et