Vaxt.Az

«Bu nədir, haradan gəlir, hara gedir?»


 

KXCP rəsmisi Düşüncə Mərkəzi haqda mətbuatdan eşidib

«Bu nədir, haradan gəlir, hara gedir?» Bir neçə gün öncə Müsavat Partiyası Milli Strateji Düşüncə Mərkəzi yaradıldığını elan etdi. Mərkəzin həmtəsisçilərindən Pənah Hüseyn bildirdi ki, hazırda Milli Şuranın rəhbərliyinə daxil olan bir neçə insan düşüncə mərkəzinin işində iştirak edir.


Klassik Xalq Cəbhəsi Partiyasının bu qurumla əlaqələrinin hansı səviyyədə olduğunu öyrənmək üçün sədr müavini Bəybala Əbillə əlaqə saxladıq.

B.Əbil Hafta.az-a açıqlamasında partiyanın düşüncə mərkəzi ilə danışıqlar aparmadığını dedi: «Bizim bu birliklə heç bir əlaqəmiz yoxdur. KXCP-nin bu birlik haqda xüsusi məlumatı yoxdur. Sizin kimi biz də mətbuatdan eşitmişik ki, belə bir şey var. Əlaqəmiz üçün isə bilməliyik ki, bu nədir, hara gedir, haradan gəlir? Bunlar bəlli olduqdan sonra müraciət olunsa, biz də münasibətimizi bildirərik».

 





21.06.2014    çap et  çap et