Bu sözləri Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Cəmilov «Azadlıq» radiosunun rus bürosuna açıqlamasında söyləyib.
Qeyd edək ki, RF-nin Krım üzrə İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ukrayna deputatının 32 yaşlı oğlu Xayser Cəmilov qətl törətməkdə və qeyri-qanuni silah satışında şübhəli bilinərək, RF Cinayət Məcəlləsinin 3-cü maddəsi ilə həbsdə saxlanılır. Və bu yaxınlarda məhkəmə qarşısına çıxarılacaq. Xatırladaq ki, bu il mayın 13-də X. Cəmilov Baxçisaraydakı evində tüfənglə ehtiyatsız davrandığından açılan atəş bağda işləyən bir kişini öldürmüş və o həmin vaxt artıq Krımı zəbt etmiş Rusiya polisi tərəfindən həbs edilmişdir.
X.Cəmilovun vəkili Aleksandr Lesnoy hesab edir ki, RF CM-nin 13-cü maddəsinə uyğun olaraq tatar liderinin oğlu Ukrayna vətəndaşı olduğundan ona qarşı Rusiya qanunları tətbiq edilə bilməz. Odur ki, o, Ukrayna qanunları ilə mühakimə edilməlidir.