İraqda vətəndaş müharibəsi gedir. «Sabah» qəzetinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.Onun sözlərinə görə, hazırda İraqdakı vəziyyət Türkiyəyə heç cür təsir edə bilməz: «Bütün ölkələr terrorçulara qarşı bir-birini məlumatlandırmaqla mübarizə aparmalıdır».
Qeyd edək ki. «İraq və Şam İslam Dövləti» qruplaşmasının silahlıları iyunun 10-da ölkənin Mosul şəhərini, ardından sonra bir sıra yaşayış məntəqələrini, o cümlədən Tikrit şəhərini ələ keçirmişdilər. (hafta.az)
çap et