Vaxt.Az

İFF ictimai rəyə qarşı


 

Del Boskeylə bağlı qərar açıqlandı

İFF ictimai rəyə qarşı İspaniya Futbol Federasiyası (İFF) DÇ-2014-də uğursuz nəticə göstərməsinə baxmayaraq, millinin baş məşqçisi Visente del Boskeni istefaya göndərməyəcək. Bu barədə İFF-nin direktoru Xorxe Peres məlumat verib:


«Əgər bizim yaxşı məşqçimiz varsa, onu niyə dəyişək? Biz hələ onunla söhbət etməmişik. İndi ən yaxşısı bununla bağlı bütün müzakirələri çempionatdan sonraya saxlamaqdı. Del Boske müqavilə imzalayanda demişdi ki, əgər hansısa hadisəyə görə federasiya onun getməsini istəsə, dərhal bu addımı atacaq.

Amma şəxsən mən onun qalmasını istəyirəm. Biz del Boskedən yaxşı məşqçi tapa bilməyəcəyik. Əgər o istefa vermək istəsə, onu fikrindən daşındırmağa çalışacağıq».

Dünən İspaniya mətbuatında millinin dünya çempionatında biabırçı çıxışından sonra komandanın baş məşqçisi Visente del Boskenin istefası məsələsi gündəmə gəlmişdi.

Məşhur «Marca» qəzeti bununla bağlı oxucular arasında sorğu keçirmişdi. Rəyi soruşulanların 68,6 faizi Visente del Boskenin istefa verməli olduğunu bildirmişdi.

Xatırladaq ki, İspaniya Del Boskenin rəhbərliyi ilə 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionu olub.

 





21.06.2014    çap et  çap et