Vaxt.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.
Azərbaycanla bağlı hesabata münasibət bildirən deputat qeyd edib ki, siyahı obyektiv şəkildə hazırlanıb.
«Hələ bu azdır, biz elə 162-ci yerdə olmalıyıq. Torpağının bir hissəsi, əhalisi qaçqın olan ölkə sülhsevər ola bilərmi?
Torpağı işğal altında olan xalq sülhsevər ola bilməz, o müharibə əhval-ruhiyyəsi ilə yaşamalı düşmənlə düşmən kimi davranmalıdır. Onsuz da Azərbaycan xalqı tarixən malik olduğu torpaqları itirib, müasir dövrdə isə qonşu Ermənistanın silahlı qüvvələri bizim torpaqlardadır.
Azərbaycan Respublikası o zaman sülhsevər ola bilər ki, ərazi bütövlüyümüz bərpa olunsun, 1,2 milyon nəfər qaçqın öz torpaqlarına qayıda bilsin, Ermənistan bizim ərazi bütövlüyümüz tanısın.
Torpaqlarımız işğal altında olduğu üçün biz sülhsevər ola bilmərik, biz torpaq itkisi ilə barışmaq istəmirik».