Vaxt.Az

ABŞ separatçıları maliyyələşdirir


 

Dağlıq Qarabağa milyonlar ayrılır

ABŞ separatçıları maliyyələşdirir ABŞ Senatının təsisatlar üzrə komitəsi qondarma «Dağlıq Qarabağ» respublikasına və Ermənistana yardım paketini təsdiqləyib.


ANS PRESS-in məlumatına görə, ABŞ Senatında səsverməyə çıxarılan 2015-ci ildə xarici ölkələrə maliyyə yardımının ayrılması barədə qanun layihəsinin 25 nəfər lehinə, 5 nəfər isə əleyhinə səs verib.

Komitə ABŞ-ın bir sıra ölkələrə, eləcə də Cənubi Qafqaz ölkələrinə ayırdığı maliyyə yardımının həcmi açıqlanmır. Lakin ermənipərəst senatorlar qondarma Dağlıq Qarabağ respublikasına 5 milyon ABŞ dolları dəyərində maliyyə yardımının ayrılmasını tələb ediblər.

Komitənin təsdiqlədiyi qanun layihəsi ABŞ senatında ümumi səsverməyə çıxarılacaq. Layihə qəbul olunarsa, ABŞ prezidenti onu imzalayacaq.

 





21.06.2014    çap et  çap et