Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri, bağçaları və «Araz kursları» MMC-nin fəaliyyətinin dayandırılmasına münasibət bildirib.APA xəbər verir ki, R. Abdullayev dövlətin imkanlarının geniş olduğunu və Təhsil Nazirliyinin bu sahədə böyük işlər gördüyünü deyib.
«Biz düşünürük ki, ARDNŞ-in bu sahə ilə məşğul olmaması daha yaxşı olardı. Neftçi neft çıxarmaqla, Təhsil Nazirliyi təhsillə məşğul olmalıdır», - deyə R. Abdullayev bildirib.
çap et