Vaxt.Az

«İrəvana gedürük?»


 

Lavrov təcili Ermənistana uçur

«İrəvana gedürük?» Rusiya xarici işlər naziri Serqey Lavrov sabah İrəvana səfər edəcək. ANS PRESS-in məlumatına görə, S. Lavrovun İrəvan səfəri iki gün davam edəcək. Səfər çərçivəsində Rusiya və Ermənistan xarici siyasət idarələri rəhbərlərinin birgə mətbuat konfransının keçirilməsi də nəzərdə tutulub. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müzakirələr aparılacaq.


Qeyd edək ki, bir neçə gün öncə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasına rəsmi səfər edib.

Səfər çərçivəsində Sergey Lavrov Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

 





22.06.2014    çap et  çap et