FİFA rəsmilərindən Niklas Erikson, «İzlənmə rekordunun qırılması, futbola olan marağın Yaponiyadan Argentinaya qədər dünya səviyyəsində genişlənməsinin bariz nümunəsidir. ABŞ və Avstraliya kimi ölkələrdə belə futbol akademiyalarının çoxaldığını görürük» deyə qurumun sözçüsü qeyd edib.
İngiltərə ilə İtaliya yığmaları arasında keçirilən oyunu isə 14.2 milyon İngilis və 12.8 milyon İtalyan azarkeşi izləyib. Beləcə, iki ölkədə də 2014-də televiziyalardan ən çox izlənən proqramın, sözsüz ki, futbol olduğu bildirilib.
Yaponiya ilə Fildişi Sahilləri arasında oynan futbol matçı nə az, nə çox 34.1 milyon nəfər tərəfindən izlənərkən, Almaniyanın Portuqaliyanı 4-0 yendiyi qarşılaşmanı isə təkcə Almaniyada 26.4 milyon azarkeş ekrandan izlədi. ABŞ və Qana arasında keçirilən qarşılaşma zamanı təxminən 11.1 milyon amerikalı futbolsevər 90 dəqiqə boyu televizor qarşısından çəkilməyib. Bildirək ki, bu günə qədər baş tutan 19 mundialın heç birində bu qədər azarkeş marağına rast gəlinməyib.