Onun sözlərinə görə, gələcəkdə bu xəttin də davamı olaraq paytaxtın «Papanin» adlanan ərazisində yeni metro stansiya tikiləcək. Eyni zamanda şəhər istiqamətində uzanaraq Xətai və Keşlədən keçməklə Bakıxanov qəsəbəsinədək gedəcək: ««Bənövşəyi xətt»in davamı olaraq «Papanin»də və Heydər Əliyev adına İdman Kompleksinin yaxınlığında yeni bir stansiyanın tikintisinə başlanılıb. «Bənövşəyi xətt»ə «Avtovağzal», «Memar Əcəmi» «Papanin» və yeni tikintisinə başlanılan stansiyalar daxildir. Hələ ki bu adlar şərtidir. Hazırda B-1, B-2, B-3, B-4 adlandırılır».
Nəsimi Paşayev deyib ki, yaxın gələcəkdə «Dərnəgül» və «Xətai» stansiyaları arasında yeni xətt açılacaq və bu, «Yaşıl xətt» adlandırılacaq. Eyni zamanda «Dərnəgül»dən «Xətai»yə qədər uzanan «Yaşıl xətt»in davamı olaraq yeni xətt «Xətai»dən «Həzi Aslanov» stansiyasınadək olan ərazini əhatə edəcək və əsasən Nobel prospekti boyunca uzanacaq. «Xətai» stansiyasından sonra «Ağ şəhər»də, indiki Neft Emalı Zavodunun qarşısında yeni stansiya tikiləcək. Bu stansiya isə «Həzi Aslanov - 2» adlanacaq.