Vaxt.Az

«DÇ tarixinin ən yaşlısı» rekordu qırıla bilər


 

Qalatasarayın keçmiş oyunçusu adını mundiallar tarixinə yazdıra bilər

«DÇ tarixinin ən yaşlısı» rekordu qırıla bilər Türkiyənin Qalatasaray klubunun keçmiş və əfsanəvi qapıçısı Fərid Əli Mondraqon futbol üzrə dünya çempionatları tarixinə düşmək üzrədir.

 

Braziliyada keçirilən mundialda 736 futbolçunun ən yaşlısı olan kolumbiyalı əlcək sahibi ölkəsinin qrupdan çıxmasına çox ümidlənib. Yığmanın əsas qapıçısı Ospinanın ehtiyatda saxlanılacağı və 43 yaşı olmasına baxmayaraq Mondraqona şans veriləcəyi xəbəri keçmiş «Cim-Bom»lunu çox sevindirib. Futbolçunun sevincinə səbəb təkcə meydana çıxmaq deyil, həm də adını mundial tarixinə yazdırmaq şansıdır. Belə ki, əgər 43 yaşlı veteran heç olmasa 1 oyunda meydana çıxarsa, o zaman Dünya Çempionatı tarixində ən yaşlı futbolçu (42) titulunu Milladan almış olacaq.

 





22.06.2014    çap et  çap et