2014-cü ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb. Qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb
Ümumilikdə istehlak mallarının
qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən (DSK) mətbuata bildirilib ki, ay ərzində buğda
ununun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, balıq və balıq
məhsullarının, pasterizə olunmamış üzlü südün, qatığın, şorun, yumurtanın,
bananın, pomidorun, kartofun və digər məhsulların qiymətlərində ucuzlaşma
müşahidə olunub.
çap et