Vaxt.Az

DSK sədri vəfat etdi


 

5 gün sonra Arif Vəliyevin 70 yaşı tamam olacaqdı

DSK sədri vəfat etdi Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib. Məlumatı «APA-Economics»ə komitədən təsdiq ediblər.


Bildirilib ki, A.Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mərhumun dəfn mərasimi bu gün kemiriləcək.

Qeyd edək ki, A. Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.

1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib. 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

İki övladı var.

Allah rəhmət eləsin!

 





23.06.2014    çap et  çap et