Belə ki, naməlum şəxslər erməni keşişləri Diakon Ayrapetyan və Otes Şnorku döyüblər. Keşişlər ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, hadisə polis bölməsinin düz yanında baş verib. Hadisə baş verən vaxt polislər də ərazidə növbədə olublar. Lakin heç bir hüquq-mühafizə xidmətinin əməkdaşı keşişlərin döyülməsinə müdaxilə etməyib.
Keşişlərin şikayətinə baxmayaraq polislər onları döyənlərin axtarışına belə başlamayıb.
Xatırladaq ki, 1967-ci ildə Yerusəlimdəki erməni məhəlləsində ermənilərin sayı 16 min idi. Hazırda isə onların sayı minə çatır.