Vaxt.Az

«Kurtlar vadisi»ndə şok ayrılıq


 

Abdulhey serialdan ayrılmaq barədə qərar verib

«Kurtlar vadisi»ndə şok ayrılıq «Kurtlar vadisi»ində Abdulhey rolunu canlandıran Kənan Çoban serialdan ayrılır. ANS PRESS-in məlumatına görə, bu barədə Kənan Çoban özü qərar verib.


Abdulhey ayrılmaq barədə qərarını serialın bu mövsümdəki son bölümünün çəkilişləri zamanı verib. Lakin Necati Şaşmaz onu fikrindən daşındırmağa çalışıb. Ona görə də serialın son bölümündə filmi elə çəkiblər ki, Abdulheyin ölüm-ölmədiyi dəqiq bilinmir. N.Şaşmaz ümid edir ki, Abdulheyi bəlkə də verdiyi qərarı dəyişdirər.

Türkiyə mətbuatında yer alan məlumata görə, Abdulhey artıq yeni serialda oynayacağı ilə razılığa gəlib. Yeni serialın senaristləri bir vaxtlar «Kurtlar vadisi»nin senarisini yazmış Bahadır Özdener və Cüneyt Aysandır.

Sentyabr ayında yayımlanacaq serialda Abdulhey narkotik qaçaqmalçılarına qarşı mübarizə aparacaq.

 





23.06.2014    çap et  çap et