Vaxt.Az

Hitlerlə bağlı şok gerçək!


 

Faşist lideri ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb

Hitlerlə bağlı şok gerçək! II Dünya Müharibəsi ilə 100 milyonlarla insanın qətlinə səbəb olmuş Adolf Hitlerlə bağlı sensasion sirr açılıb.


ANS PRESS-in məlumatına görə, İngiltərədə «Channel 5» tərəfindən hazırlanan «The Hunt For Hitler’s Missing Millions» (Hitlerin gizli milyonları) adlı sənədli filmdə faşistlərin lideri ilə bağlı maraqlı bir məlumat ortaya çıxdı.

Özünü xalqa bəlli vəsaitlə yaşayırmış kimi göstərən Hitlerin gizli bank hesabları və pul qazanma vasitələri varmış.

Doktor Kris Vettonun (Chris Whetton) «Hitler’in Serveti» (Hitler’s Fortune) adlı kitabından qaynaqlanan sənədli filmdə Hitlerin 1945-ci ildə «intihar etdiyində» 1.1 milyard Reichsmark, bugünkü dəyəriylə təxminən 6 milyard dollarlıq gizli sərvəti vardı.

Üzərində şəkli olan hər puldan və «Mein Kampf» (Mənim mübarizəm) adlı kitabının satışından pul qazanmaq bu vasitələrin başında dururdu və Hitler əlbəttə ki, vergidən yayınırdı.

Faşist liderinin 1938-də o zamanın pulu ilə 400 min Reichsmark, bu günə görə isə təxminən 3 milyon dollar ödənməmiş vergi borcu olub.

 





23.06.2014    çap et  çap et