Bu barədə Axar.az-a Hafiz Məmmədovun sahibi olduğu «Bakı» futbol klubunun məşqçi korpusundan adının çəkilməsini istəməyən şəxs bildirib.
Onun dediyinə görə, futbolçular sabah yenidən Hafiz Məmmədova sonuncu dəfə müraciət edəcəklər. Müraciətlərinə cavab verilməyəcəyi halda son şikayət ünvanı UEFA olacaq.
Xatırladaq ki, Hafka ləqəbli iş adamı Hafiz Məmmədovun sahibi olduğu «Bakı» futbol klubunda 4 aydır ki, futbolçu və məşqçilər əmək haqları və mükafatlarını ala bilmirlər.
Mənbənin bildirdiyinə görə, «Bakı»nın futbolçuları pulsuz qaldığı halda Məmmədovun bir ingilis klubunu 58 milyon avroya alması onları qəzəbləndirib.
«Onlar sabahacan vaxt verdilər. Yoxsa, «Bakı»da biabırçı hadisələr gözlənilir».