Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib. «Trend»in məlumatına görə, püşkatma nəticəsində Azərbaycanın «Qəbələ» və «İnter» klublarının 1-ci təsnifat mərhələsindəki rəqibləri məlum olub:
«Tiraspol» (Moldova) - «İnter» (Azərbaycan)
«Qəbələ» (Azərbaycan) - «Şiroki Briyeq» (Bosniya və Herseqovina)
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.
çap et