Vaxt.Az

Qana şokda


 

Adambaşı 170 min dollara oyun satmağa razılıq verilib

Qana şokda Dünya çempionatında mübarizə aparan Qana millisinin futbolçuları ölkələrindən aldıqları bir xəbərdən sarsılıblar.


Virtualaz.org saytı Qərb nəşrlərinə istinadən bildirir ki, İngiltərənin «Daily Telegraph» qəzetindən bir müxbir Qana Futbol Federasiyasının prezidenti Kvesi Nyantakyini ilə milli komandanın oyunlarından birini satması ilə bağlı danışıqlar aparıb. Müxbir prezidenti milli komandanın oyunlarından birini satmağa razı salıb.

Britaniya qəzetində yer alan xəbərə görə, Nyantakyi ilə bazarlıq edən müxbir Qana milli komandasının beynəlxalq bir qarşılaşmada oyunu satmasının müqabilində hər futbolçuya 170 min dollar təklif edib. Qəzet yazır ki, afrikalı hakimlərin də danışıqlara gəlməsi qalmaqalın miqyasını böyüdüb.

Müxbir Qana Futbol Federasiyasının prezidenti Nyantakyi ilə hakimlərin futbolçulardan artıq məbləğdə mükafat alması məsələsində də razılaşıb.

İngilis müxbir bu razılıqdan sonra FİFA meneceri Kristofer Forste və Qana Futbol Federasiyasından Oed Nketiahla prezident Nyantakyinin adından danışıqlar aparıb. Müxbir bu danışıqlarda hər iki tərəfi razı sala bilib.

Müxbirin gizlicə qeydə aldığı görüşdə FİFA meneceri Forstenin «Bizimlə istədiyin nəticəni əldə edə bilərsən. Hakimləri rahat bir şəkildə pulla təşkil edə bilirik. Öz hakimlərimizdən təyin etdiyimiz hər matçdan böyük pullar qazana bilərsiniz. Qana ilə Britaniya arasında oynanan matçda da oyun alveri aparıldı. Hakimlərimiz meydançada İngiltərə millisi belə olsa matça hər zaman təsir edər» sözləri yer alır.

Bu sözlər oyun alverində vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

Xəbərin yayılmasından sonra hərəkətə keçən Qana polisi FİFA meneceri Kristofer Forste və Qana Futbol Federasiyasından Oed Nketiah başda olmaqla bir çox şəxsləri nəzarətə götürüb. Oyun alveri və fırıldaqçılıq cinayətləri ilə nəzarətə alınan şəxslərin cəzasını məhkəmə təyin edəcək.

FİFA və CAF bu məlumatlar ortaya çıxdıqdan sonra məlumatlandırılıb. Faktla bağlı geniş araşdırmalara başlanıb. Qana Futbol Federasiyası prezidentinin də həbs ediləcəyi gözlənilir.

 





23.06.2014    çap et  çap et